Konqonun paytaxtı Brazzavildə orduya çağırış tədbiri öncəsi stadionda yaranan izdiham yaşanıb.
Modern.az xəbər verir ki, bu barədə hökumət bildirib.
Hadisə zamanı 40-a yaxın insan ölüb.
Faciə noyabrın 20-dən 21-nə keçən gecə Ornano stadionunda baş verib. Fövqəladə hallar xidmətlərinin ilkin məlumatlarına görə, 37 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
Stadionda orduya çağırış tədbirləri keçirilib.
Yer darlığı səbəbindən gecə saatlarında namizədlər növbəyə düzülüb və izdiham yaranıb.