Modern.az

Kennedinin qətlindən 60 il keçir

Kennedinin qətlindən 60 il keçir

Dünya

22 Noyabr 2023, 10:46

ABŞ-ın sabiq prezidenti Con Kennedinin Dallasda qətlə yetirilməsindən 60 il ötür.

 

Modern.az xatırladır ki, Kennedi 22 noyabr 1962-ci ildə sui-qəsd nəticəsində həyatını itirib.

 

Rəsmi versiyaya görə, prezidenti Li Harvi Osvald tək vurub. Osvald özü günahını inkar edib və tezliklə özünü öldürüb. Buna görə də Kennedinin öldürülməsi ilə bağlı mühakimə olmayıb. Yalnız xüsusi Prezident Komissiyasının ("Uorren Komissiyası" kimi də tanınır) nəticələri açıqlanmışdı. Komissiyanın rəyinə görə, Osvald öz təşəbbüsü ilə hərəkət edib və heç bir ortağı olmayıb.

 

Lakin rəsmi versiyadakı bəzi uyğunsuzluqlara görə buna inanmayan amerikalıların sayı heç vaxt 50%-dən aşağı düşməyib. 2017-ci ildə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 61%-i bu versiyaya inanmayıb, yalnız 33%-i isə əks fikirdə olub.

 

ABŞ hakimiyyətinin Kennedinin qətli ilə bağlı bütün sənədlərin məxfiliyini açmaqdan imtina etməsi də bu hissləri gücləndirib. Bunun fonunda çoxsaylı “sui-qəsd nəzəriyyələri” populyarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək