Ermənistanda dəmir yolu nəqliyyatında hərəkət məhdudlaşdırılıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolları" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 23-də Araqats-Araz hissəsində aparılan təmir işləri ilə əlaqədar İrəvan-Gümrü-İrəvan qatarlarının hərəkəti dayandırılacaq.
Qeyd edək ki, Ermənistanda dəmir yolu şəbəkəsi Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolları" şirkətinin mülkiyyətindədir.