Modern.az

Avropa Parlamentinin Kiyev ofisi açıla bilər

Avropa Parlamentinin Kiyev ofisi açıla bilər

Dünya

22 Noyabr 2023, 11:42

Avropa Parlamenti Kiyevdə ofis yaradılmasını müzakirə edir.

 

Modern.az xəbər verir ki, bu barədə yaxın mənbələr DW-yə bildiriblər.

 

Qeyd olunub ki, Avropa Parlamenti və Ukrayna tərəfi Kiyevdə Avroparlamentin ofisinin açılmasını fəal şəkildə müzakirə edir. Onların məlumatına görə, bu məsələ əvvəllər işlənib və müzakirələr davam edir, lakin hələlik konkret razılıq əldə olunmayıb.

 

DW-nin həmsöhbətlərindən birinin sözlərinə görə, bu məsələ sədrlərin konfransında həll olunmalıdır. Növbəti iclas noyabrın 23-də keçiriləcək, lakin həmin gün qərarın qəbul edilib-edilməyəcəyi məlum deyil.

 

Qərar Brüssel və Strasburqda hələ ki, təsdiqini tapmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək