Modern.az

ABŞ - Kanada sərhədində partlayış: Ölənlər var

ABŞ - Kanada sərhədində partlayış: Ölənlər var

Dünya

22 Noyabr 2023, 23:18

ABŞ - Kanada sərhədindəki körpüdə partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "ABC News" kanalı məlumat yayıb.

 

Hadisə nəticəsində ən azı 2 nəfərin öldüyü bildirilir.

 

Yerli rəsmilər hadisənin terror aktı olması ehtimalını istisna etmir.

 

İlkin məlumatlara görə, Kanadadan ABŞ-a daxil olan avtomobildə partlayış baş verib.

 

Fövqəladə vəziyyətin səbəbləri açıqlanmayıb. FTB araşdırma aparır. 2 ölkə arasında gəliş-gediş dayanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək