Modern.az

İsrail daha 42 fələstinlini azad edəcək

İsrail daha 42 fələstinlini azad edəcək

Dünya

25 Noyabr 2023, 14:37

İsrailin həbsxanalar idarəsi HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində azad ediləcək 42 fələstinli məhbusun siyahısını alıb və onların azadlığa buraxılması üçün hazırlıqlara başlayıb.

 

Modern.az France-Presse agentliyinə istinadla xəbər verir ki, HƏMAS isə öz növbəsində noyabrın 25-də 14 nəfər girovu azad edəcək.

 

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib. Bundan başqa, razılaşma şərtlərinə daxil olmayan 11 nəfər xarici vətəndaş da yəhudi dövlətinin həbsxanalarından azadlığa buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!