Modern.az

Sabiq müdafiə nazirinə 7 il HƏBS VERİLDİ

Sabiq müdafiə nazirinə 7 il HƏBS VERİLDİ

Dünya

26 Noyabr 2023, 13:53

Küveyt Ali Məhkəməsi sabiq müdafiə və daxili işlər naziri Halid əl-Cərrah əl-Sabahın 7 il azadlıqdan məhrum edilməsi barədə hökm verib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, sabiq nazir hərbi xərclərdən sui-istifadə etməkdə günahkar sayılıb.

 

Məhkəmənin hökmünə əsasən, anoloji ittihamla günahlandırılan sabiq Baş nazir Caber əl-Mübarək əl-Hamad əs-Sabah isə təyinatı üzrə xərclənməyən vəsaitləri geri qaytarmalıdır.

 

Hər iki şəxs ittihamları rədd edir.

 

Qeyd edək ki, sabiq müdafiə və daxili işlər naziri ilə sabiq Baş nazirə 2022-ci ilin martında bu ittihamlar üzrə bəraət verilib. Lakin Küveyt Prokurorluğunun apelyasiyası əsasında cinayət işi yenidən məhkəməyə qaytarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək