Modern.az

HƏMAS 4 liderinin öldürüldüyünü TƏSDİQLƏDİ

HƏMAS 4 liderinin öldürüldüyünü TƏSDİQLƏDİ

Dünya

26 Noyabr 2023, 16:37

Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşması dörd liderinin öldüyünü təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunan məlumatda deyilir.

 

Öldürülənlər arasında Vael Rəcəb, Rafaat Salman, Ayman Siyam və Şimal Briqadasının komandiri Əhməd əl-Qandur da var.

 

İsrail tərəfi isə bəyan edib ki, Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələrinin 10-dan yüksək rütbəli komandiri məhv edilib.

 

İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsraildə 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək