Modern.az

İranda polisə hücum - Yaralılar var 

İranda polisə hücum - Yaralılar var 

Dünya

26 Noyabr 2023, 23:51

Bu gün günorta saatlarında İranın Şiraz şəhərində polis əməkdaşlarına qarşı silahlı hücum baş verib. Nəticədə 2 polis ağır yaralanaraq xəstəxanaya aparılıb.

 

Modern az İran mətbuatına istinadən xəbər verir ki, stasionar postda patrul xidməti aparan polislər şübhələndikləri avtomobili saxlamaq üçün “saxla” işarəsi veriblər. Bu zaman avtomobilin sürücüsü avtomatdan polislərə atəş açıb. Sürücünün özü silahlı atışma nəticəsində ağır yaralanıb. Bununla yanaşı, 2 polis əməkdaşı da ağır yaralanaraq Şiraz şəhər xəstəxanasına çatdırılıb.

 

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının mütəxəssisləri araşdırma aparmağa başlayıblar.

 

Qeyd edək ki, cari il ərzində İranın Tehran, Sistan-Bəlucistan, Kürdüstan, Əhvaz və digər bölgələrində də polis silahlı hücuma məruz qalıb.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?