Modern.az

İlham Əliyevin Sankt-Peterburqa gələcəyinə ümid edirik - Lavrov

İlham Əliyevin Sankt-Peterburqa gələcəyinə ümid edirik - Lavrov

Dünya

5 Dekabr 2023, 11:54

Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakına ümid edirik.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla ikitərəfli görüşündə deyib.

 

“Ənənəyə uyğun olaraq, bu ayın sonunda Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək, burada biz əvvəllər olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakına ümid edirik”, - nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!