Finlandiya tezliklə Ukrayna üçün artilleriya sursatlarının istehsalına başlayacaq.
Modern.az xəbər verir ki, Finlandiyanın “İltalehti” nəşrinin məlumatına görə, ölkənin Müdafiə Nazirliyinin rəhbəri Antti Hakkanen bu məsələ ilə bağlı danışıqların başa çatdığını elan edib.
O, Ukraynaya yardımın kritik ehtiyac olduğunu vurğulayıb:
"Ukraynanı silahlandırmaq üçün artilleriya sursatlarının istehsalının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı danışıqları başa çatdırdıq. Planlar hazırdır. Ukraynanın silahlanması bizim üçün kritik ehtiyacdır. Finlandiya daha böyük rol oynaya bilər. Həmçinin Aİ və NATO-da bizim prioritetimiz nüfuzumuzdan istifadə edərək, digər ölkələri, xüsusilə də Avropanı, artilleriya sursatlarının istehsalını artırmağa razı salmağa çalışacağıq".
O əlavə edib ki, belə bir qərar Milad bayramı üçün ukraynalılara lazımlı və qiymətli hədiyyə olacaq: "Hələlik biz istehsalın bir neçə on milyonlarla avro artırılmasından danışırıq".