"Putin BƏƏ və Səudiyyə Ərəbistanına səfərləri zamanı beynəlxalq və regional gündəmi, o cümlədən Fələstin-İsrail gərginliyini müzakirə edəcək".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib:
"Putinin Səudiyyə Ərəbistanı və BƏƏ-yə gözlənilən səfərinin gündəmində neft bazarı ilə bağlı məsələlər olacaq. Rusiya Federasiyası G20-də fəaliyyətini davam etdirir, lakin 2024-cü ildə Braziliyada keçiriləcək sammitdə iştirak formatı məsələsi hələ də həllini tapmayıb. Putin üçün "Time"ın "İlin Adamı" kimi irəli sürülməsi çox şey ifadə etmir. Rusiya prezidenti dünyada qeyri-adi rol oynayır".
"Putin və İran prezidenti Rəisi dekabrın 7-də Moskvada danışıqlar aparacaq", - deyə o əlavə edib.