Modern.az

Putin üçün “İlin adamı” mükafatı önəmli deyil - RƏSMİ

Putin üçün “İlin adamı” mükafatı önəmli deyil - RƏSMİ

Dünya

5 Dekabr 2023, 13:16

Rusiya prezidenti Vladimir Putin dünyada fövqəladə rol oynayır, lakin “Time” jurnalının “İlin adamı” mükafatına namizəd olması onun üçün elə də önəmli deyil.

Modern.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident üçün bu mükafatın əhəmiyyəti yoxdur. Gəlin baxaq, Putinin ölkəmizdə və dünyadakı rolunu qiymətləndirmək çətindir. Putin dünyada qeyri-adi rol oynayır. “Time” bu cür nominasiyaları irəli sürən yeganə jurnal deyil”, – Peskov qeyd edib.

Amerikanın “Time” jurnalı prezident Putini “İlin adamı” adına namizədlərin qısa siyahısına daxil edib. Rusiya liderinin rəqibləri arasında Britaniya kralı III Çarlz, Çin lideri Si Cinpin və hətta Barbi kuklası da var. Qalib dekabrın 6-da elan olunacaq. 2007-ci ildə Putin artıq bu mükafatı bir dəfə qazanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!