Modern.az

Makron Orbanı Parisə çağırdı - Ukraynanın Aİ üzvlüyü gündəlikdədir

Makron Orbanı Parisə çağırdı - Ukraynanın Aİ üzvlüyü gündəlikdədir

Dünya

5 Dekabr 2023, 17:38

Fransa prezidenti Emmanuel Makron Ukraynanın Aİ-yə daxil olması məsələsini həll etmək üçün Macarıstan baş naziri Viktor Orbanı Parisə dəvət edib. 

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

 

Nəşr mənbələrə istinadən qeyd edib ki, bu yolla Fransa lideri məsələdə kompromis əldə etmək istəyir. Yelisey Sarayı hesab edir ki, Macarıstanı Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməyə inandırmaq olar.

 

Adı açıqlanmayan bir mənbə "Politico"ya bildirib ki, belə bir hərəkət Orbanın "əvvəlcədən yüksəlişi" mənzərəsində sırf taktiki xarakter daşıyır, buna görə də məsələdə bir qədər optimizm var.

 

Qeyd edək ki, rəsmi Budapeşt Ukraynanın Aİ və NATO üzvlüyünə qarşıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!