ABŞ və Ukrayna müdafiə sənayesi bazaları arasında əməkdaşlığı gücləndirir.
Modern.az xəbər verir ki, Vaşinqtonda özəl sektorun və hökumətin 350-yə yaxın nümayəndəsinin iştirak etdiyi ABŞ və Ukraynanın Müdafiə Sənayesi Bazalarına dair Konfrans keçirilib.
ABŞ, Ukrayna və Avropa ölkələrinin səlahiyyətliləri konfransda iştirak ediblər.
Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsini dəstəkləmək və uzunmüddətli özünümüdafiəsini gücləndirmək üçün silah istehsalının əhəmiyyətli dərəcədə artırılması konfransın əsas mövzularından olub.
"İlkin nəticələr nəinki ABŞ-Ukrayna əməkdaşlığını gücləndirəcək və Ukraynanın yaxın müddətli döyüş meydanında uğur qazanması üçün mövqeyini artıracaq, həm də Ukraynanın uzunmüddətli iqtisadi bərpasına və müdafiə imkanlarına dəstək olacaq", - deyə qeyd olunub.