Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel partiyanın bundan öncəki lideri Kemal Kılıçdaroğlunun iş ofisinə gedib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlu xələfini qapıda qarşılayıb.
Görüş 1 saat davam edib. Kılıçdaroğlunun Ankaradakı ofisində baş tutan görüşdən sonra mətbuata heç bir açıqlama verilməyib.
Özelin təşəbbüsü ilə baş tutan görüşün məqsədinin yerli seçkilərlə bağlı fikir mübadiləsi olduğu təxmin edilir.
Qeyd edək ki, CHP-də 4-5 noyabr tarixlərində keçirilən qurultayın ilk günündə sədr seçkiləri keçirilib. Kılıçdaroğlu və Özel rəqib olublar, nəticədə Özel yeni sədr seçilib. Kılıçdaroğlu ictimai-siyasi fəaliyyətini davam etdirmək üçün bu yaxınlarda yeni ofis tutduğunu açıqlayıb.