Modern.az

Baydenin müşaviri İsrailə gedir

Baydenin müşaviri İsrailə gedir

Dünya

11 Dekabr 2023, 07:54

ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftəsonu İsrailə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Times of Israel” mənbələrə istinadən xəbər verib.

 

Səfər zamanı Ceyk Sallivan Qəzza zolağına humanitar yardımın artırılmasını müzakirə edəcək.

 

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

 

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!