Modern.az

Haker hücumuna məruz qalan operator fəaliyyətini bərpa edib

Haker hücumuna məruz qalan operator fəaliyyətini bərpa edib

Dünya

14 Dekabr 2023, 15:56

Haker hücumuna məruz qalan Ukraynanın "Kyivstar" operatoru evdə internet xidmətlərini tam bərpa edib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, mobil internet isə bu gün ərzində bərpa olunmağa başlayacaq.

 

Şirkətin direktoru Aleksandr Komarovun telemarafon zamanı deyib ki, şirkət mobil interneti göstərilən plana uyğun bərpa edə bilməyib, çünki xidmətlərin bərpasının bu gecədən başlayacağı gözlənilirdi.

 

“Ancaq ümid edirik ki, bu gün günortadan sonra biz Ukraynanın qərbindən bərpaya başlayacağıq, regionlar üzrə mobil internet xidmətlərini diqqətlə bərpa etməyə başlayacağıq”, - o əlavə edib.

 

Komarov qeyd edib ki, hazırda "Kyivstar" bütün Ukrayna üzrə təxminən 1 milyon ev təsərrüfatının internet xidmətlərini bərpa edib. Digər xidmətlər də demək olar ki, 99% bərpa olunub.

Bu xəbər ilə bağlı
"Kyivstar" haker hücumuna məruz qalıb
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!