Modern.az

"Kyivstar" haker hücumuna məruz qalıb

Dünya

12 Dekabr 2023, 15:38

Ukraynanın "Kyivstar" operatoru haker hücumu barədə məlumat yayıb.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında "Kyivstar" operatoru irimiqyaslı texniki nasazlıq qeydə alıb. 

 

Abunəçilər mobil rabitəni və internetə çıxışı itiriblər. Şirkət uğursuzluğun haker hücumu nəticəsində baş verdiyini bildirib. Qeyd olunub ki, abunəçilərin şəxsi məlumatları pozulmayıb və mütəxəssislər problemlərin həlli üzərində işləyirlər. Onlar istintaqa hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb olunduğunu da qeyd ediblər.

 

"Kyivstar"ın işindəki nasazlıq səbəbindən "PrivatBank"ın bəzi bankomat və terminallarının işində, o cümlədən mağazalarda kartla ödəniş zamanı problemlər yaranıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...