Modern.az

Hakan Fidan Blinkenlə F-16, Qəzza və İsveçdən danışdı

Hakan Fidan Blinkenlə F-16, Qəzza və İsveçdən danışdı

Dünya

17 Dekabr 2023, 20:27

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.


Telefon danışığı zamanı ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

 

İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və müdafiə sənayesində əməkdaşlıq da müzakirə olunan mövzular arasında olub.

 

 

Hakan Fidan Qəzza və İordan çayının qərb sahilində vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkib. O, ABŞ-ı hücumları dayandırmaq üçün İsrailə təsirindən istifadə etməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!