Modern.az

Almaniya bu ölkədə 4 min hərbçi yerləşdirəcək

Almaniya bu ölkədə 4 min hərbçi yerləşdirəcək

Dünya

17 Dekabr 2023, 23:25

Almaniya silahlı qüvvələri Litvada daimi briqada yerləşdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

 

Bildirilir ki, briqada 2025-ci ildə fəaliyyətə başlayacaq. Birləşmənin ilkin komandanlığı 2024-cü ilin ikinci rübündə Litvada yerləşdiriləcək.

 

Məlumata görə, 2024-cü ilin sonunadək birinci briqada komandirinin başçılıq etdiyi tam hüquqlu dislokasiya qrupu Litvaya gələcək.

 

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın 2023-cü ilin iyununda Litva ərazisinə silahlı qüvvələr briqadası yerləşdirmək planlarını açıqlayıb. O, briqadaya 4 minə yaxın hərbçinin daxil olacağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!