Modern.az

Zalujnının ofisində dinləmə cihazı tapıldı

Zalujnının ofisində dinləmə cihazı tapıldı

Dünya

17 Dekabr 2023, 23:52

Dekabrın 17-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının ofisində dinləmə cihazı aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “RBC Ukrayna” hərbi dairələrdəki mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, dinləmə cihazı naməlum tipli elementlərdən hazırlanıb.

 

Bu da onları quraşdıran şəxsi müəyyənləşdirməyə imkan vermir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...