Modern.az

İsrail SEPAH zabitini öldürdü

İsrail SEPAH zabitini öldürdü

Dünya

25 Dekabr 2023, 23:16

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Razi Musəvi Suriyada ölüb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, İsrailin zərbələri nəticəsində həyatını itirib.

 

Məlumata görə, Musəvi İsrail silahlı qüvvələrinin Dəməşqin ətrafına zərbələr endirməsi zamanı ölümcül yaralanıb.

 

Qeyd edək ki, Suriya paytaxtı ətrafındakı Seyidə Zeynəb bölgəsində partlayış baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!