Modern.az

Mirzoyan Cenevrəyə gedir

Mirzoyan Cenevrəyə gedir

Dünya

25 Fevral 2024, 22:17

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Cenevrəyə işgüzar səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Səfər 26-27 fevral tarixlərində baş tutacaq.

 

Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyasında və Silahsızlanma Konfransında çıxış edəcək. Bundan başqa onun yüksək vəzifəli şəxslərlə görüşləri nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?