Modern.az

Azərbaycan Rusiyaya milyonlarla yumurta göndərdi

Azərbaycan Rusiyaya milyonlarla yumurta göndərdi

Dünya

4 Mart 2024, 19:28

Rusiya ötən həftə Azərbaycandan 2,7 milyon ədəd, Türkiyədən isə 633,6 min yumurta idxal edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

 

Bununla da iki ölkədən yumurta idxalının ümumi həcmi 28,5 milyon ədədə çatıb.

 

Rusiya Azərbaycandan bu məhsulun idxalına noyabrda qərar verib və ilk tədarük dekabrın ikinci yarısında olub.

 

Rusiyanın Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-na qədər 1,2 milyard yumurtanın rüsumsuz idxalına icazə verib.

Sizə yeni x var
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?