Modern.az

Ermənistan üzvlük üçün payızda Avropa İttifaqına müraciət edə bilər

Ermənistan üzvlük üçün payızda Avropa İttifaqına müraciət edə bilər

Dünya

5 Mart 2024, 12:20

Ermənistanın baş naziri Nikol Paşinyan payızdan əvvəl ölkənin Avropa İttifaqına üzvlük ərizəsini təqdim etməyə tələsir.

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

 

Bununla belə, nəşr qeyd edib ki, Paşinyanın komandasının əksəriyyəti kəskin addımların əleyhinədir. Lakin nəhayət Qərb Ermənistanın baş nazirinə seçim təqdim edib ki, payıza qədər bunu etsin.

 

Qəzet yazır ki, Paşinyanın xarici siyasət vektorunu dəyişmək üçün xalqdan etimad səsi almaqdan başqa yolu yoxdur və bundan əvvəl o, konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?