Modern.az

Rusiyaya qarşı növbəti SANKSİYA

Rusiyaya qarşı növbəti SANKSİYA

Dünya

8 Mart 2024, 23:53

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi  Rusiya (Məhdud Məsuliyyətli Cəmiyyətin Broker Eksperti) və Mərkəzi Afrika Respublikasından (Bois Rouge SARLU) olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Şirkətlərə qarşı sanksiyalar “Rusiyanın Mərkəzi Afrika Respublikasındakı bədxah fəaliyyətlərini asanlaşdırmaq səylərinə görə” tətbiq edilib.

 

Sanksiyaya məruz qalan hüquqi şəxslərin "Vaqner" muzdlularının Mərkəzi Afrika Respublikasındakı hərəkətlərinin dəstəklənməsində mühüm rol oynadığı qeyd edilir. Maliyyə Nazirliyi bu şirkətlərin təbii sərvətlərin qeyri-qanuni hasilatından pul gəlirləri əldə etməyə çalışdığını və “Vaqner Qrupu”na maddi və maliyyə dəstəyi göstərdiyini bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?