Modern.az

Ukrayna daha 100 hərbçinin cəsədini təhvil aldı

Ukrayna daha 100 hərbçinin cəsədini təhvil aldı

Dünya

15 Mart 2024, 17:56

Ukrayna rəsmiləri bu ölkənin azadlığını və müstəqilliyini müdafiə edərək canlarını qurban verən daha 100 hərbçinin cəsədini geri qaytarıb.

 

Modern.az bu barədə Hərbi əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının Telegram kanalına istinadla xəbər verir.

 

“Ukrayna Silahlı Qüvvələri, ölənlərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanlarının nümayəndələrinə və məhkəmə-tibb mütəxəssislərinə təhvil vermək üçün geri qaytarılmış cəsədlərin və qalıqların müəyyən dövlət qurumlarına çatdırılmasını təmin edəcək”, - deyə qərargahın mətbuat xidməti yazır.

 

Kimlikləri eyniləşdirildikdən sonra hərbi qulluqçuların cəsədləri dəfn edilmək üçün ailələrinə təhvil veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!