Modern.az

Bayden Trampı planet üçün təhlükə adlandırdı

Bayden Trampı planet üçün təhlükə adlandırdı

Dünya

22 May 2024, 08:47

Amerikanın keçmiş lideri Donald Tramp bütün planet üçün təhlükə yaradır.

 

Modern.az xəbər verir ki, bu fikri Massaçusets ştatının Boston şəhərində seçki kampaniyası üçün vəsait toplama tədbirində çıxış edən ABŞ-nin hazırkı prezidenti Co Bayden deyib. 

 

“O (Tramp) planet üçün təhlükədir. Trampın 2016-cı ildə bizə heç kimin puluna ehtiyacı olmadığını söyləməsindən xeyli yol qət etdik.  Tramp indi o qədər çarəsizdir ki, İncilin nüsxələrini və qızıl ayaqqabıları satır”, - deyə Bayden əlavə edib.

 

Martın sonunda,  ABŞ-də qeyd olunan Pasxa bayramı üçün Tramp, Amerikada dini ruhu dirçəltmək və onu “yenə möhtəşəm etmək” üçün İncilin nüsxələrini 60 dollara satmağa başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV