Modern.az

Eyfel qülləsi yaxınlığında bayraqlı tabutlar

Eyfel qülləsi yaxınlığında bayraqlı tabutlar

Dünya

2 İyun 2024, 18:16

Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, polis üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş 5 boş tabut aşkarlayıb.

 

Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb. Onlar bolqar, ukraynalı və alman əsilli şəxslər olublar.

 

Qeyd edək ki, son aylarda Fransa Prezidenti Emmanuel Makron Ukraynaya ordu göndərəcəyini istisna etməyib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV