Modern.az

Gürcüstan-Rusiya yolu bağlandı - Gömrükçülər təxliyə edildi

Gürcüstan-Rusiya yolu bağlandı - Gömrükçülər təxliyə edildi

Dünya

6 İyun 2024, 12:49

Gürcüstandan Rusiyaya gedən yol hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qar uçqunu səbəbindən beynəlxalq əhəmiyyətli Mtskheta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində hərəkət dayandırılıb. 

 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə isə, Gürcüstan-Rusiya sərhədində “Daryal” gömrük-sərhəd buraxılış məntəqəsinin bütün əməkdaşları təxliyə edilib. Buna səbəb isə Devdoraki çayında suyun səviyyəsinin artması olub. Vəziyyətlə tanış olmaq üçün sərhəd polisinin helikopteri əraziyə göndərilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV