Modern.az

İran səfiri Tehran və İrəvan arasında hərbi razılaşmanı təkzib etdi

İran səfiri Tehran və İrəvan arasında hərbi razılaşmanı təkzib etdi

Dünya

26 İyul 2024, 11:13

İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani Tehran və İrəvan arasında hərbi razılaşma barədə məlumatları təkzib edir.

Modern.az xəbər verir ki, Mehdi Sobhani bu cür xəbərlərin mənbəyini yalan məlumatlar yayan etibarsız media adlandırıb.

Səfirin sözlərinə görə, belə xəbərlərin dərc edilməsində məqsəd İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına təsir göstərməkdir.

“İran İslam Respublikası Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasını, iqtisadi inkişafı dəstəkləyir”, - diplomat əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!