Modern.az

İƏT XİN başçılarının fövqəladə toplantısı çağırıldı

İƏT XİN başçılarının fövqəladə toplantısı çağırıldı

Dünya

1 Avqust 2024, 09:44

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri ilə telefonla danışıb.

 

Modern.az xəbər verir ki, tərəflər HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini müzakirə edib. İran rəsmisi bu addımın regional təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradacağını bildirib.

 

O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb.

 

Ə.Bageri həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysəl bin Fərhan ilə də telefonla danışıb. Tərəflər İƏT XİN rəhbərlərinin təcili toplantısının çağırılması barədə müzakirələr aparıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?