Modern.az

Zelenskinin görüşdə iştirakını istəməyiblər

Zelenskinin görüşdə iştirakını istəməyiblər

Dünya

18 Fevral 2025, 22:53

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyadda keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də təmsil olunmasını istəyib, lakin Vaşinqton və Moskva imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" Ər-Riyaddakı görüşün hazırlıqları ilə tanış olan mənbəyə istinadən yazıb.

 

Mənbə bildirib ki, Səudiyyə şahzadəsi Ukrayna prezidentini görüşün təşkilində krallığın rolu, habelə onun Rusiya və Amerika rəsmiləri ilə danışıqları barədə məlumatlandırmağı planlaşdırır.

 

Zelenski bu gün Ər-Riyaddakı Rusiya-Amerika görüşünün Kiyev üçün “sürpriz” olduğunu etiraf edib: “Biz bu məlumatı mediadan almışıq”. O xatırladıb ki, müharibəni dayandırmaq qərarı Ukraynasız qəbul edilə bilməz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?