Modern.az

“Biz TRIPP layihəsinin icra mərhələsinə daxil oluruq” - Paşinyan

“Biz TRIPP layihəsinin icra mərhələsinə daxil oluruq” - Paşinyan

Dünya

15 Aprel 2026, 15:29

“Ermənistan Respublikası TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Yolu) layihəsinin həyata keçirilməsi mərhələsinə daxil olur”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Beynəlxalq vəziyyətin mürəkkəb olmasına baxmayaraq, Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikası hökumətlərinin regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab etdiklərini məmnuniyyətlə bildiririk”, - deyə baş nazir vurğulayıb.

Nikol Paşinyan deyib ki, bu yanaşma layihənin həyata keçirilməsinin regionda uzunmüddətli, sabit və etibarlı sülhün mühüm dayağına çevrilməsi anlayışından irəli gəlir.

Paşinyan əlavə edib ki, “Ermənistan ilə Azərbaycan arasında möhkəm hüquqi əsaslara malik sülh bərqərar olunub”. 

“Bu sülh məcburi hüquqi qüvvəyə malikdir. Bu halda mən delimitasiya üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti nəzərdə tuturam,” — deyə hökumət başçısı bildirib.

Paşinyanın sözlərinə görə, Tavuş vilayətinin Kirants kəndindəki məktəbin Azərbaycan sərhədindən cəmi 50 metr məsafədə yerləşməsi artıq həmin məktəbin şagirdlərini qorxutmur.
“Eyni zamanda onlar sərhəddən 30 metr məsafədə futbol oynayırlar. Bax, sülh budur,” — deyə baş nazir vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?