Modern.az

Urmiya gölü "dirilir" - FOTOLAR

Urmiya gölü "dirilir" - FOTOLAR

Dünya

Bu gün, 10:44

Urmiya gölü ətrafında son aylarda suyun artımı qeydə alınıb. Son altı ay ərzində gölün su səthi təxminən beş dəfə genişlənərək 2350 kvadrat kilometrə çatıb.

Modern.az xəbər verir ki, Qərbi Azərbaycan vilayətində su təsərrüfatına cavabdeh qurumun rəhbəri Məcid Rastegari jurnalistlərə açıqlamasında bildirib ki, cari hidroloji il regionun ekosistemi üçün fərqli göstəricilərlə yadda qalıb. Yarım il əvvəlki dövrlə müqayisədə gölün sahəsi 1870 kvadrat kilometrdən çox artıb.

Rəsmi məlumatlara görə, göldə suyun həcmi 2 milyard 890 milyon kubmetrə çatıb. Su səviyyəsi isə dəniz səviyyəsindən 1270 metr 74 santimetr yüksəklikdə ölçülür.

Qurum nümayəndəsi qeyd edib ki, son dövrdə yağıntıların artması, su anbarlarından suyun buraxılması, gölə tökülən çayların məcralarının təmizlənməsi və suvarma üsullarında edilən dəyişikliklər bu artıma təsir edən əsas amillərdir.

1515077

1515078

15150791515082

15150831515084

 

 

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!