Modern.az

Rusiya “Cermuk”un satışını dayandırdı

Rusiya “Cermuk”un satışını dayandırdı

Dünya

Bu gün, 11:28

Rusiyada dövlətin “Çestnıy znak” markalama sistemi Ermənistan istehsalı olan “Cermuk” mineral suyunun bir partiyasının satışını dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə "RBK" nəşri məlumat yayıb.

Bildirilib ki, Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin (markalama sisteminin operatoru-red.) baş direktorunun müavini Revaz Yusupovun sözlərinə görə, dövriyyədə olan 338 min şüşə qablaşdırılmış su hazırda bloklanıb və yoxlamalar başa çatana qədər satışa buraxılmayacaq.

Məhsulun dövriyyədən çıxarılmasına səbəb Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidmətinin göndərdiyi məktub olub. Qurum mümkün risklərin qarşısını almaq üçün vətəndaşların həyat və sağlamlığına zərər vurulmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsini tələb edib.

Bloklamanın səbəbi kimi məcburi tələblərin pozulması göstərilib.

Qadağa 17 fevral 2026-cı il və 5 mart 2026-cı il istehsal tarixli məhsullara şamil edilib. Yusupov bildirib ki, yoxlamalar tamamlanana qədər bu məhsullar istehlakçılara çatdırılmayacaq.

Qeyd edək ki, “Çestnıy znak” sistemi daha əvvəl – 2024-cü ildə Şimali Osetiyada bir nəfərin zəhərlənməsindən sonra da “Jermuk” mineral suyunun 2,5 milyon butulkasının satışını dayandırmışdı. Həmin vaxt iddia olunurdu ki, butulkalardan birində mineral su əvəzinə sirkə turşusu olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə