İranın Ticarət İnkişafı Təşkilatı 26 apreldən etibarən polad məhsullarının ixrac edilməsinə qadağa tətbiq edib.
Modern.az-ın məlumatına görə, bununla əlaqədar Ticarət İnkişafı Təşkilatı İran Gömrük Administrasiyasına məktub ünvanlayıb.
Qeyd edək ki, İranda polad istehsalı potensialı ildə 40 milyon ton civarındadır.
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranda bir neçə polad zavodu vurulub və onlara ciddi şəkildə ziyan dəyib.