Modern.az

Rusiya 9 May paradını texnikasız keçirəcək

Rusiya 9 May paradını texnikasız keçirəcək

Dünya

29 Aprel 2026, 15:44

Rusiyanda 9 May Qələbə Günü Paradının texnikasız keçirilməsinin səbəbi məlum olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, qeyd edib ki, bu qərar Kiyevin "terror fəaliyyəti" ilə bağlıdır:

"Hərbi əməliyyatlardan danışırıq. Hər gün döyüş meydanında mövqelərini itirən Kiyev rejimi indi tammiqyaslı terror hücumuna başlayıb. Buna görə də, bu terror təhdidi fonunda, əlbəttə ki, təhlükəni minimuma endirmək üçün bütün tədbirlər görülür. Parad keçiriləcək. Amma unutmayaq ki, keçənilki parad yubiley paradı idi və genişmiqyaslı keçirilməliydi. Bu il texnikalar olmasa da, parad yenə də, baş tutacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ