Modern.az

"SpaceX" "Starship" üçün 15 milyard dollar xərcləyib

"SpaceX" "Starship" üçün 15 milyard dollar xərcləyib

Dünya

Bu gün, 04:07

ABŞ-nin kosmik şirkəti "SpaceX" tərəfindən hazırlanan Starship meqaraket layihəsinin real maliyyə miqyası ilk dəfə açıqlanıb.

Modern.az Reuters-in şirkətin IPO sənədlərinə istinadən yaydığı məlumata əsasən xəbər verir ki, "SpaceX" bu layihəyə artıq 15 milyard dollardan çox vəsait xərcləyib.

Bu rəqəm yalnız texniki inkişaf xərci deyil, həm də şirkətin gələcək dəyərinin əsasını təşkil edən ən kritik investisiyalardan biri kimi qiymətləndirilir. SpaceX-in ümumi maliyyə göstəricilərinə baxdıqda isə maraqlı bir tendensiya görünür. Şirkətin 2025-ci ildə kapital xərcləri kəskin artaraq 20,7 milyard dollara çatıb. Bunun böyük hissəsi süni intellekt layihələrinə yönəldilib. Bu səbəbdən şirkət 2024-cü ildə qazanc əldə etdiyi halda, 2025-ci ili 4,94 milyard dollar zərərlə başa vurub.

 Buna baxmayaraq, SpaceX-in əsas gəlir mənbəyi olan Starlink internet xidməti güclü maliyyə axını yaratmağa davam edir. 2025-ci ildə Starlink 11,4 milyard dollar gəlir və 4,4 milyard dollar əməliyyat mənfəəti gətirib. Şirkətin əsas strateji məqsədi isə Starship vasitəsilə kosmosa çıxışı “hava yolları” kimi adi hala çevirməkdir. İlon Mask uzun müddətdir ki, raket buraxılışlarının gündəlik və ya saatlıq həyata keçirilə biləcəyi bir model qurmaq istəyir. Bu isə xərclərin kəskin azalmasına gətirib çıxarmalıdır.

Hazırda "Falcon 9" raketi ilə 1 kiloqram yükün orbitə göndərilməsi təxminən 2700–3000 dollara başa gəlir. Starship üçün hədəf isə bu rəqəmi 10–100 dollar aralığına endirməkdir. Bu, 30 dəfədən 300 dəfəyə qədər ucuzlaşma deməkdir. Lakin bu planın reallaşması bir şərtə bağlıdır: Starship raketinin eyni gövdə ilə yüzlərlə dəfə uçuş edə bilməsi. Əgər bu mümkün olmazsa, bütün iqtisadi model risk altına düşür.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu