Modern.az

Uitkoff: "ABŞ İranla danışıqları davam etdirir"

Uitkoff: "ABŞ İranla danışıqları davam etdirir"

Dünya

4 May 2026, 05:34

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun İranla sülh nizamlanması üzrə müzakirələri davam etdirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Uitkoff CNN telekanalına müsahibəsində danışıb.

O, danışıqların hazırkı vəziyyəti ilə bağlı suala cavab olaraq bildirib ki, tərəflər arasında əlaqə hələ də davam edir.

“Biz ünsiyyət aparırıq”, – deyə ABŞ prezidentinin xüsusi nümayəndəsi qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında münaqişənin həlli istiqamətində diplomatik təmaslar son dövrlərdə intensiv xarakter alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!