Modern.az

İrəvana çatana qədər həyati təhlükə ilə üzləşdi

İrəvana çatana qədər həyati təhlükə ilə üzləşdi

Dünya

Bu gün, 11:53

İspaniyanın Baş naziri Pedro Sançez 8-ci Avropa Siyasi Birliyi Sammitində iştirak etmək məqsədilə İrəvan şəhərinə gəlib.

Modern.az xəbər verir ki, İspaniya hökumət başçısını Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Xatırladaq ki, Pedro Sançes mayın 3-də İrəvana gəlməli idi. Lakin texniki problemlər səbəbindən onun təyyarəsi Ankara şəhərində təcili eniş etmişdi və o, Ankarada gecələyib.

Qeyd edək ki, 8-ci Avropa Siyasi Birliyi Sammiti mayın 4-də İrəvanda “Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik” devizi altında keçirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV