Modern.az

Məktəbli 2 qadını öldürdü - Braziliyada  

Məktəbli 2 qadını öldürdü - Braziliyada  

Dünya

Bu gün, 10:33

Braziliyanın şimalında yerləşən Rio-Branku şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 5-də Akri ştatının paytaxtında yerləşən “Instituto São José” məktəbində qeydə alınıb. Məktəbdə atəş açan şəxsin 13 yaşlı şagird olduğu bildirilir. Hücumdan sonra yeniyetmə polis tərəfindən saxlanılıb və hadisədə iştirakını etiraf edib.

Silahlı hücum nəticəsində məktəbdə çalışan iki qadın həyatını itirib. Daha bir əməkdaş və bir şagird yaralanaraq xəstəxanaya çatdırılıb. Yerli mediada beş nəfərin xəsarət aldığı barədə məlumat yayılsa da, beynəlxalq agentliklər və rəsmi qurumlar hazırda iki nəfərin öldüyünü və ən azı iki nəfərin yaralandığını təsdiqləyib. Yaralananların dəqiq sayı ilə bağlı araşdırmalar davam edir.

İstifadə olunan silahın yeniyetmənin qanuni nümayəndəsinə məxsus olduğu açıqlanıb. Yerli media silah sahibinin onun ögey atası olduğunu yazır. O da polis tərəfindən saxlanılıb. İstintaq çərçivəsində azyaşlının silaha necə çıxış əldə etdiyi və hücumun əvvəlcədən planlaşdırılıb-planlaşdırılmadığı araşdırılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV