Modern.az

Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı

Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı

Dünya

Bu gün, 17:16

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Məlumata görə, sözügedən MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

Ş.Vəliyev sayta açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

Xatırladaq ki, Şahlar Vəliyev 2018-ci ilin martından “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV