Modern.az

Putin Zelenskini Moskvaya dəvət etdi

Putin Zelenskini Moskvaya dəvət etdi

Dünya

Bu gün, 22:24

Rusiya Prezidenti Vladimir Putin dəfələrlə ukraynalı həmkarı Vladimir Zelenskini Moskvada qəbul etməyə hazır olduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Məlumata görə, Uşakov Zelenskini mesajları çox sayda vasitəçi ilə deyil, birbaşa Moskvaya zəng edərək çatdırmağa çağırıb.

“Əgər deməyə sözü varsa, birbaşa əlaqə saxlasın. Yoxsa deyilənlər havada qalır. Kremlin bu gün keçirilən görüşündə Slovakiyanın Baş naziri Robert Fitso Putinə Zelenski ilə danışıqların məzmunu barədə məlumat versə də, Ukrayna prezidentindən hər hansı xüsusi mesaj çatdırmayıb”, - Uşakov bildirib.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV