Parisdə Şarl de Qoll Hava Limanı yaxınlığında yanğın olub.
Modern.az xəbər verir ki, yanğın şənbə axşamı Roissy-Şarl de Qoll Hava Limanı yaxınlığında anbarda baş verib.
Səmada nəhəng qara tüstü buludu müşahidə olunub. Yanğının söndürülməsinə 60 yanğınsöndürən cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Paris Hava Limanları Qrupu (ADP) isə bildirib ki, yanğının baş verdiyi anbar hava limanının qərb hissəsində yerləşir və hava limanının fəaliyyəti ilə əlaqəli deyil. Qeyd edilib ki, yanğın hava nəqliyyatının hərəkətinə təsir göstərməyib.