Modern.az

Honkonqla əlaqəli 100 gəmi Hörmüzdə qalıb

Honkonqla əlaqəli 100 gəmi Hörmüzdə qalıb

Dünya

Bu gün, 15:52

Honkonqla əlaqəli təxminən 100 gəmi Hörmüz boğazında qalıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Honkonq Gəmi Sahibləri Assosiasiyasının sədri Riçard Hekst bildirib.

Onun sözlərinə görə, bu, Honkonqda qeydiyyatdan keçmiş gəmilərə, eləcə də Honkonq şirkətlərinə məxsus və ya onların idarə etdiyi gəmilərə aiddir.

Bu gəmilərin göyərtələrində təxminən 2 300 dənizçi var. Hekst qeyd edib ki, mövcud vəziyyət gəmiçilik sənayesi nümayəndələri arasında ciddi narahatlıq doğurur, çünki Hörmüz boğazı qlobal dəniz ticarəti və enerji daşınması üçün əsas marşrutlardan biri olaraq qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV