Modern.az

Pakistanda terror aktı - 14 polis öldü

Pakistanda terror aktı - 14 polis öldü

Dünya

Bu gün, 18:14

Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən - Şənbə günü baş verib. 

Hücum zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub. Dağıntılar altından 14 polis əməkdaşının meyiti çıxarılıb, daha 3 nəfər isə sağ tapılaraq xəstəxanaya yerləşdirilib.

Terror aktına görə məsuliyyəti "İttihad-ul-Mücahidin" adlı silahlı qruplaşma öz üzərinə götürüb.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV