Modern.az

Günəşdə partlayış - metohəssas insanlara təsir edəcək

Günəşdə partlayış - metohəssas insanlara təsir edəcək

Dünya

Bu gün, 09:05

Günəşin yeni aktiv sahəsində güclü alışma baş verib. Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Günəşin görünməyən tərəfdən çıxan yeni 4436 aktiv sahəsində M5.7 sinifli alışma baş verib”, - deyə laboratoriyanın Telegram kanalında bildirilib.

Qeyd olunur ki, alışma nəticəsində ayrılan plazma axını Yerə təsir etməyəcək, lakin iki gün sonra bu ləkələr qrupu planetə təsir zonasına daxil olacaq.

Laboratoriyanın saytındakı məlumata görə, 10 mayda Günəşdə həmçinin C sinfinə aid 11 adi alışma da qeydə alınıb. Bundan əvvəlki güclü M sinifli alışma isə 7 mayda baş vermişdi.

Mütəxəssislər bu hadisə yaxın iki gün ərzində metohəssas insanların səhhətinə mənfi təsir edə biləcəyi qənaətindədirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV