Modern.az

Azərbaycanla razılaşmışıq ki, delimitasiya hardan davam etdirilsin - Paşinyan

Azərbaycanla razılaşmışıq ki, delimitasiya hardan davam etdirilsin - Paşinyan

Dünya

Bu gün, 16:47

Ermənistan və Azərbaycan arasında delimitasiya prosesinin şimaldan cənuba doğru davam etdirilməsi barədə razılıq mövcuddur.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 11-də jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi üçün hüquqi baza artıq formalaşıb.

Onun sözlərinə görə, 2024-cü ilin avqustunda imzalanmış və oktyabrda ratifikasiya edilmiş delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə uyğun olaraq, Alma-Ata Bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsas prinsipi kimi qəbul edilib.

“Bu o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı mövcud sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən rəsmiləşdirilməsi ilə razılaşıblar”, - deyə baş nazir bildirib.

Baş nazir əlavə edib ki, delimitasiya prosesində əsasnamədə nəzərdə tutulan qarşılıqlı məqbul həllər tapıla bilər.

Paşinyan həmçinin bildirib ki, prosesin davam etdirilməsi barədə razılaşma artıq dərc olunub.

“Bizim artıq dərc edilmiş razılaşmamız var ki, delimitasiya şimaldan cənuba doğru aparılacaq. Aydındır ki, delimitasiyanın artıq həyata keçirildiyi ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proseslər delimitasiya məntiqi çərçivəsində şəffaf şəkildə aparılmalıdır”, - deyə Paşinyan fikrini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV